azia.az
azia.az

“Lokomotiv” Putinin “maykası”nı 300 min avro cərimələdi

19-02-2016, 13:26

 “Lokomotiv” Putinin “maykası”nı 300 min avro cərimələdi b]Moskvanın “Lokomotiv” klubu futbolçusu Dmitri Tarasovu cərimələyib. [/b]
UEFA Avropa Liqasının 1/16 mərhələsi çərçivəsində “Fənərbaxça” ilə oyunda etdiyi hərəkət oyunçuya 300 min avroya başa gəlib.
Köynəyinə Rusiya prezidenti Vladimir Putinin fotosunu çap etdirən və matçdan sonra onu nümayiş etdirən Tarasovun bu hərəkəti UEFA tərəfindən də cəzalandırılacaq. Klubdan isə bildiriblər ki, əgər ali futbol qurumu “dəmiryolçular”a hər hansı cəza versə, o da futbolçunun maaşından tutulacaq.
Bundan əlavə yarımmüdafiəçi fevral ayındakı bütün bonuslarından da məhrum olunub.
Qeyd edək ki, UEFA-nın qanunlarına görə forma üzərində dini, irqi, milli və siyasi mesajlar vermək qadağandı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi