azia.az
azia.az

"Çelsi" "Tottenhem"i çempionluqdan etdi, "Lester Siti" Premyer Liqanın qalibi oldu

3-05-2016, 08:58

"Çelsi" "Tottenhem"i çempionluqdan etdi, "Lester Siti" Premyer Liqanın qalibi oldu Mayın 2-də İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində "Çelsi" və "Tottenhem" komandaları qarşılaşıb.
Londonda "Stemford Bric" stadionunda keçirilən oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qolları Harri Keyn (35-ci dəqiqə), Min-Son (44), Qari Kehil (58), Eden Azar (83) vurublar.
Oyunun nəticəsi etibarı ilə, "Tottenhem" komandası çempionluq şansını itirib və "Lester Siti" Premyer Liqanın sonuna 2 tur qalmış vaxtından əvvəl çempion olub.
36 turdan sonra "Lester"in 77 xalı var. Çempionatın sonuna iki tur qalmış ikinci yerdə olan "Tottenhem"in 70 xalı var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi