azia.az
azia.az

Türkiyəli ulduz futbolçu "Mançester Siti" ilə razılığa gəldi

19-04-2016, 14:35

Türkiyəli ulduz futbolçu "Mançester Siti" ilə razılığa gəldi Almaniya yığmasının və "Borussiya" Dortmund klubunun əslən türkiyəli yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını İngiltərədə davam etdirə bilər. Futbolçu növbəti mövsümdə "Mançester Siti"nin formasında çıxış edəcək. Bu barədə Britaniya mətbuatı məlumat yayıb.
"Futbolçu ingilis klubu ilə 5 illik müqavilə imzalayıb".
Məlumata görə, futbolçu artıq “Şəhərlilər” ilə razılığa gəlib. O, ingilis klubu ilə 5 illik müqavilə imzalayıb. İlkay Gündoğanın “Borussiya” Dortmund ilə hazırkı müqaviləsi 2017-ci ildə bitməli idi. Futbolçu ötən il Almaniya klubundan ayrılmaq istəyirdi. Lakin bu alınmadığından Gündoğan Dortmundlarla müqavilə imzamalı olub. Gündoğan cari mövsümdə Almaniya çempionatında keçirdiyi 25 oyunda 1 qol vura bilib. Türkiyəli futbolçu 3 məhsuldar ötürmə edib.
Almaniya çempionatında "Borussiya" Dortmund 30 oyundan sonra 2-ci pillədədir. Dortmundlular 71 xalla "Bavariya"dan 7 xal geridədir. Növbəti mövsüm "Borussiya" Çempionlar Liqasında iştirak edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi