azia.az
azia.az

"Qalatasaray"dan Azərbaycana dəstək

10-04-2016, 11:16

"Qalatasaray"dan Azərbaycana dəstək Türkiyənin “Qalatasaray” klubu petisiya layihəsində Azərbaycana dəstəyini ifadə edib.

Gün.Az xəbər verir ki, məlumat klubun rəsmi “Facebook” səhifəsinə də yerləşdirilib. İstanbul təmsilçisinin “Facebook” hesabında deyilir:

“Qalatasaray ailəsi olaraq qardaşımız Azərbaycanı dəstəkləmək üçün başlanan kampaniyaya bir imza da biz atırıq”.

Qeyd edək ki, kampaniyanın azərbaycanlı təşəbbüskarları Ermənistandan Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu tərk etməsini tələb edirlər. Bildirilir ki, Minsk qrupunun üzvləri sözügedən problemlə bağlı hələ ki, hər hansı müsbət rol oynamayıblar.

Bu səbəbdən AŞPA məsələnin tənzimləməsində ədalətli davranmalı, regiondakı faciənin qarşısını almalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi