azia.az
azia.az

Müəllimlər İnstitutunun müəllimlərinin taleyi ilə bağlı komissiya yaradıldı

23-02-2016, 11:32

Müəllimlər İnstitutunun müəllimlərinin taleyi ilə bağlı komissiya yaradıldı Ölkə prezidentinin ali təhsil müəssisələrinin birləşməsi barədə sərəncamına əsasən, Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib. Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunub.
Təhsil Nazirliyi sərəncamdan sonra Müəllimlər İnstitutunun müəllimlərinin və ümumilikdə işçi heyətinin taleyinə aydınlıq gətirib. Nazirlikdən Lent.az-ın sorğusuna verilən cavaba görə, prezidentin “Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə” 2015-ci il 26 noyabr tarixli sərəncamının icrası ilə əlaqədar komissiya yaradılıb. Ali təhsil müəssisələrinin birləşməsi üzrə təkliflər hazırlayan və qoşulma prosesini həyata keçirən komissiya öz fəaliyyətini bitirdikdən sonra ictimaiyyətə görülmüş işlər barədə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi