azia.az
azia.az

Təhsil ocaqları “yanır”- hər gün bir ağır hadisə…

5-10-2016, 10:13

Təhsil ocaqları “yanır”- hər gün bir ağır hadisə…
Şagird və müəllimlərin aqressivliyinin səbəbi nədir?

Yeni dərs ilinin başladığı hələ bir ay olmasa da, məktəblərdə sanki fəlakət yaşanır.

Son bir neçə günün statistikası bizə bunu deməyə əsas verir. Son bir həftədə baş verən hadisələri qısa da olsa oxuculara xatırladaq.
Oktyabrın 3-də paytaxtın Suraxanı rayonunda orta məktəb şagirdlərindən biri müəllimələrə hücum edib və əlindəki alətlə Sevinc adlı müəllimənin sifətinə xəsarət yetirib. Eyni gündə Suraxanı rayonunda yerləşən 104 saylı orta məktəbdə isə müəllim şagirdi döyüb, şagirdin valideyni isə polisə müraciət edib. Ağdamda isə direktor müavinini döyüb. Səbəb isə müavinin direktorun həyat yoldaşının dərsə niyə gəlməməsi ilə maraqlanması olub. Bundan qəzəblənən direktor müavinini döyüb. Daha bir məktəbli pəncərədən yıxılıb. Bu kimi hadisələrin siyahısını artırmaq da olar…

Şagirdlər və müəllimlərdə olan bu aqresiya səbəb nədir? Orta məktəblərdə təhsilin, təlim-tərbiyə işinin aşağı olması, yoxsa həm müəllimlərin, həm də şagirdlərin evdəki problemləri özləri ilə bərabər təhsil ocaqlarına daşımasımı?

Psixoloq Elnur Rüstəmov psixoloji problemlərin əvvəlki illərlə müqayisədə çox olduğunu dedi: “Bu gün uşaqların da, valideynlərin də, müəllimlərin də psixoloji narahatlıqları çoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Yəni məsələyə o nöqteyi-nəzərdən yanaşsaq, bəli, bu gün psixoloji problemlər əvvəlki illərlə müqayisədə çoxdur. Bizim çətin tərbiyə olunan uşaqlarımız, yeniyetmələrimiz var ki, evdə heç valideynlər onlarla bacarmır. Bu uşaqlar məktəbdə də bəzi problemlər yaradırlar. Müəllim o demək deyil ki, o işində müəllimdir. Narahatçılığı, kaprizləri və yaxud da xarakterində hər hansısa bir nöqsan yoxdur. Müəllim də bir insandır, onun da ailəsində problemlər ola bilər və ya özünün problemləri ola bilər. Sadəcə, bizim ənənəvi müəllim anlayışımız var idi ki-məsələn, müəllim çörək yemir-indi daha o dönəm deyil. Biz informasiya əsrində yaşayırıq. Bu gün valideynlə məktəb arasında əlaqədə əvvəlki illərlə müqayisədə çox azalıb. Bu gün dövlət məktəbləri ilə paralel olaraq özəl məktəblər var. Burada həm də kapitalizmi də nəzərə almalıyıq. Dərs ili yeni açılıb. Yayılan informasiyaların çox isə reallığı əks etdirmir. Məsələn şagirdin iki aldığına görə özünü ikinci mərtəbədən atması. Bu uşaq sadəcə yıxılıb və sadəcə ayağı burxulub. Ancaq mətbuat bunu uşağın intihar etməsi kimi qələmə verdi. Dünənə qədər də müəllimlər arasında dava-dalaş olub. Ancaq bunların heç biri mətbuata ötürülməyib. Bəzən bu cür informasiyalar məqsədli şəkildə mətbuata ötürülür”.

Psixoloq dedi ki, məktəblərdə psixoloq var: “Bu psixoloqa səlahiyyət verilsin, onlar çətin tərbiyə olunan uşaqlarla işləsinlər. Bu gün Təhsil Nazirliyinin nəzdində ”Məktəblinin dostu” adlı 30 məktəbi əhatə edən sahə yarandı. Uşaq dərsə gəlməyəndə ailəsi ilə əlaqə saxlanacaq. Elə uşaqlar var ki, onlar valideyni aldadır, dərs adı ilə gedib oyun zallarında otururlar. Bu gün bu islahatlar aparılır. Sadəcə olaraq cəmiyyətdə müəllimə qarşı bir inamsızlıq, etibarsızlıq yaranır. Biz bunun fəsadlarını görəcəyik. Psixoloji problemlər də var. Məktəblə valideyn arasında əlaqə, güvən, inam olmalıdır. Bu olmayanda nəyisə düzəltmək haqda danışmaq çətindir. Tutaq ki, hansısa rayonda qadın üstündə məktəb direktoru ilə müəllim davaya çıxdı. Bu söhbət deyil axı… Yəni bunu mətbuata çıxarmaq düzgün deyil. Məsələn, o iki qiymət aldığına görə guya pəncərədən özünü atan şagirdlə bağlı… İndi çoxlarını inandırmaq olmur ki, o uşaq intihar etməyib. Zərbə kimə dəydi? Məktəbə, valideynə, şagirdə… Valideyn deyir ki, biz uşağımızın adının hallanmasını istəmirik. Sabah o uşağı pəncərədən özünü atan kimi barmaqla göstərəcəklər ki, bu da onun üçün travmadır. 5 nəfər xəbər oxuyacaq deyə müəllimi də, valideyni də ayaq altına qoyuruq. Bu olmaz. Buradan valideyn şagird əziyyət çəkir. Bunlar nəzərə alınmalıdır…”(musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi