azia.az
azia.az

“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı

14-06-2016, 10:09

“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı “Əhalinin ekoloji təhsili və maaarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə 2016-cı ildə “Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışları keçirilmişdir. 2009-cu ildən etibarən ənənəvi olaraq keçirilən breyn-rinq yarışlarının zona mərhələsi 2016-cı ilin may ayında Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Lənkəran, Quba, İsmayıllı şəhərlərində rayon, şəhər orta təhsil müəssisələrinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında keçirilmişdir. Ekologiya elminin müxtəlif sahələrini əhatə edən “Ekologiyanın əsasları”, “Bioloji müxtəlifliyin qorunması”, “Ekoloji təhlükəsizlik”, “Xəzərin ekologiyası”, “Meşələrin davamlı istifadəsi və qorunması”, “Alternativ enerji mənbələri”, “Qlobal ekoloji problemlər” və digər mövzular üzrə 600-dən artıq məktəbli ekoloji biliklərini sınamışlar.
Breyn-rinqin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, ekoloji dünyagörüşünün, ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji mədəniyyətin formalaşdırılmasıdır. Bilik yarışının əsas vəzifəsi məktəblilərdə ekologiya elminə maraq və həvəs oyatmaq, ekoloji problemlərin həllində fəal həyat mövqeyi, təbiətə qayğıkeş və humanist münasibəti formalaşdırmaq, təbii ehtiyatların davamlı istifadəsinə dair bilik və bacarıqları inkişaf etdirmək, ekoloji bilikləri təbliğ etməkdən ibarətdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin birgə əməkdaşlığı ilə "Ekoerudit" məktəblilərin breyn-rinq ekoloji bilik yarışının final mərhələsi 10 iyun 2016-cı il tarixdə saat 11.00-da Bakı şəhərində SOCAR Ekologiya İdarəsinin Eko-parkında keçirilmişdir. Final yarışında breyn-rinqin zona mərhələsinin qalibləri - Bakı, Gəncə, Sumqayıt, Şirvan, Xaçmaz, Neftçala İsmayıllı şəhər və rayonlarının orta məktəblərinin komandaları öz biliklərini sınamışlar. Breyn-rinqdə Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Ayla Həsənova, baş məsləhətçi Maral Salmanova, SOCAR Ekologiya İdarəsinin rəisi Azər Əliyev, rəis müavini Əflatun Həsənov, şöbə müdiri Fizuli Hacıyev, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini, b.ü.f.d. Lalə Dadaşova, AMEA Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, b.ü.f.d., Ceyran Nəcəfova, AMEA Zoologiya İnstitutunun Zooloji muzeyinin direktoru, b.ü.f.d. Səbinə Bünyadova, müəllimlər və məktəblilər iştirak etmişlər.
Münsiflər heyətinin qərarı ilə İsmayıllı rayonu Təzəkənd kənd orta məktəbinin komandası I yerə, Xaçmaz rayonu 2 saylı tam orta məktəbin və Bakı şəhəri 19 saylı tam orta məktəbin komandası II yerə, Neftçala şəhər 4 saylı tam orta məktəbin, Şirvan şəhərinin, Bakı şəhəri 273 saylı tam orta məktəblərin komandaları III yerə, Gəncə şəhəri 6 saylı tam orta məktəbin və Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziyanın komandası həvəsləndirici yerlərə layiq görülmüşlər. Ekoloji breyn-rinq yarışının bütün iştirakçılarına Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ekologiya İdarəsi tərəfindən təsis olunmuş diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı“Ekoerudit” məktəblilərin Respublika ekoloji breyn-rinq bilik yarışı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi