azia.az
azia.az

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”

14-06-2016, 09:55

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” Təhsil Nazirliyinin 16.10.2015 tarixli 1003 saylı əmrinə əsasən “2016-2025-cı illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramına” uyğun olaraq aqrobiomüxtəlifliyin qorunması və ekoloji təmiz məhsulların əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək və bu sahədə bilik və bacarıqlarını genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaslığı ilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin Bakı zona mərhələsi 7 iyun 2016-cı il tarixində saat 12.00-da Qala mədəni-tarixi etnoqrafik muzey kompleksində keçirildi.
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd regionlar üzrə aqrar və Azərbaycanın aqrobiomüxtəlifliyi sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki növlərinin, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin istifadəsi, bərpası və mühafizəsi, torpağın münbitliyinin qorunması üsullarının öyrənilməsidir. Ölkəmizdə kənd təsərrüfatı sahəsində gənclərin fəal iştirakının təmin edilməsi və “yaşıl fermer” anlayışının aşılanması, xüsusi bilik, bacarıq və səriştəyə malik olan şagirdlərin kənd təsərrüfatı sahəsində ixtisas seçiminin və peşəyönümünün istiqamətləndirilməsi müsabiqənin əsas vəzifəsidir.
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda müsabiqə iki mərhələdə 2016-cı ilin may və oktyabr aylarında Respublika üzrə orta ümumtəhsil məktəblərinin şagirdlərinin, rayon (şəhər) ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvlərinin iştirakı ilə 9 nominasiya üzrə (meyvəçilik arıçılıq heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, subtropik bitkicilik, gülçülük, dənli bitkilər) keçirilir. Bütün nominasiyalara uyğun olaraq “Balaca fermer” adlı sərbəst mövzu üzrə I-IV-cü sinif şagirdləri də müsabiqədə iştirak etdilər.
Ölkənin müxtəlif regionlarından 1270 məktəbli Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin rəsmi facebook səhifəsində qeydiyyatdan keçərək mütəxəssis rəyini, təcrübənin fotoşəkllərini, müşahidə gündəliklərini, bitki sortları və heyvan cinslərinin mənşəyini təqdim edərək müsabiqəyə qatılmışlar. Təcrübə işlərində müsabiqənin şərtlərinə uyğun olaraq torpağın təbii münbitliyinin artırılmasında kimyəvi-sintetik maddələrdən, pestisidlərdən, boy hormonlarından istifadə etmədən, ekoloji təmiz üzvi gübrələr tətbiq olunmuşdur. Müsabiqənin zona mərhələləri 18.05.2016-cı il tarixdə Naxçıvan MR üzrə Naxçıvan şəhərində, 20.05.2016-cı il tarixdə Aran zonası üzrə Göyçay şəhərində, 23.05.2016-cı il tarixdə Lənkaran-Astara zonası üzrə Lənkəran şəhərində, 25.05.2016-cı il tarixdə Şəki -Zaqatala zonası üzrə Şəki və Şamaxı şəhərlərində, 27.05.2016-cı il tarixdə Gəncə - Qazax zonaları üzrə Gəncə şəhərində; 31.05.2016-cı il tarixdə Tovuz şəhərində keçirilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət münsiflər heyətinin ekspert qrupu tərəfindən müsabiqənin Bakı zona zona mərhələsinə təqdim olunan işlərin 100 bal sistemi üzrə qiymətləndirilməsi nəzərdə tutulur. Bütün iştirakçılara qiymətləndirmə sertifikatları təqdim olunacaqdır. 50-dən artıq bal toplayan məktəblilər 2016-cı ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək Respublika mərhələsində iştirak etmək hüququ qazandılar.
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi