Xalq artisti Röya konsert günlərini artırdı
![]()
Xalq artisti Röya Ayxan mart ayında verəcəyi konsertinin günlərini artırıb.
Azia.Az xəbər verir ki, sənətçi Bakı Konqres Mərkəzində keçiriləcək konsertinin proqramında dəyişiklik edib.
Bildirilir ki, konsert 3 gün deyil, 4 gün davam edəcək.
Bu barədə Röya sosial media hesabında videomüraciət yayımlayıb.
Müğənni açıqlamasında 6 mart tarixində konsertə girişin xanımlar üçün pulsuz olacağını, 7, 8, 9 mart tarixlərində isə konsert biletlərinin az sayda qaldığını deyib.