azia.az
azia.az

“Hamı bizdən danışar” – Xatunla Rozanı birləşdirən omba

20-06-2019, 08:34

“Hamı bizdən danışar” – Xatunla Rozanı birləşdirən omba
Müğənni Xatun təqdim etdiyi “Buz” klipindəki görüntülərin plagiat olmasından söz açıb. Azia .az bildirir ki, Axşam.az-a danışan ifaçı hər şeydən xəbərsiz olduğunu deyib:
“Klipi mən çəkməmişəm. Oradakı ideyalar rejissor Nail Naiboğlunun idi. Gör-götür dünyasıdır. Mənim heç nədən xəbərim yox idi”.
Sənətçi son günlər sosial mediada müzakirə olunan omba görüntüsündən də danışıb:“Müğənninin hər şeyindən danışılmalıdır. Mənə yazılan şərhlər çox ləzzətli idi. Bilməzdim ki, bu qədər maraqlıyam. İstədiyimiz vaxt gündəm ola bilərik. Hərdən bilmədən belə gündəm oluruq. Qadın müəyyən yaşdan sonra bədən quruluşuna diqqət etməlidir. Elə şeylər də var ki, pəhrizlə düzəlmir. Əməliyyat mütləqdir. Mən də kontur-plastika əməliyyatı keçirmişəm. Bu, sadəcə, idmana vaxtımın olmamağından irəli gəlib”.Xatun bədən quruluşunun Roza Zərgərliyə bənzədilməsinə də münasibət bildirib:“Roza Zərgərli çox eqzotik xanımdır. İstəyirəm ki, ikimiz duet oxuyaq və klip çəkdirək. O, sarışın, mən də qaraşın. Çox möhtəşəm olar. Onda hamı bizdən danışar. Bu görüntünün əsas səbəbi əməliyyat deyil, özül olmasa, kimisə düzəltmək mümkün deyil. Ona qalsa, Azərbaycan şou-biznesində o qədər düzələsi adamlar var ki, düzəlmirlər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi