azia.az
azia.az

Əmlak Komitəsinə yeni səlahiyyət verildi

4-04-2016, 09:32

Əmlak Komitəsinə yeni səlahiyyət verildi Artıq vətəndaşlar öz əmlaklarının qiymətləndirilməsini daha asan və obyektiv həyata keçirə biləcək.
Əmlak Məsələləri Dövlət Komitəsinə belə bir səlahiyyət verilib. Vətəndaşlar daşınmaz əmlak sahəsinə aid qarşılaşdıqları problemlərlə bağlı qurumdan pulsuz hüquqi yardım da ala biləcəklər.
Əmlak Məsələləri Dövlət Komitəsinə vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı yeni səlahiyyət verilib. Artıq vətəndaşlar torpaq, eləcə də sahib olduqları daşınmaz əmlakla bağlı reyestr xidmətinin ərazi ofislərinə yaxınlaşmaqla tam məlumat ala bilərlər.
Komitə eyni zamanda daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı da fəaliyyətini də genişləndirir. Qurum artıq Sumqayıt, Quba və Xaçmazda 150 mindən çox əmlakın qiymətləndirilməsini başa çatdırıb. Vətəndaşlar bu məlumatdan faydalanmaqla yanaşı ərazi ofislərində daşınmaz əmlakı girov qoyan, eləcə də satan zaman onun bazara uyğun qiymətləndirməsini həyata keçirə bilərlər. Xidmətin qiyməti isə əmlakın həcmindən asılı olaraq dövlətin müəyyən etdiyi tariflər əsasında həyata keçirilir.
Qurumun sözçüsü eyni zamanda torpaqların elektron kadastr və uçot sisteminin yaradılması ilə bağlı komitənin üzərinə qoyulan vəzifələrin sürətlə yerinə yetirildiyinə də diqqət çəkib. Ölçmə işləri ilə yanaşı məlumatların yeni elektron bazaya daxil edilməsi gələcəkdə torpaqlardan elmi istifadəni asanlaşdıracaq və torpaqların keyfiyyət göstəricilərinin artırılmasına geniş imkan yaradacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi