azia.az
azia.az

14 saylı marşrutun istiqaməti dəyişdiriləcək

25-02-2016, 10:25

14 saylı marşrutun istiqaməti dəyişdiriləcək "BakuBus" MMC-yə məxsus 14 saylı marşrutun istiqaməti dəyişdiriləcək.
Bu barədə MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib: “Fevralın 26-da paytaxtın Xətai rayonunda yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimi ilə əlaqədar Xocalı prospekti istiqamətində Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Süleyman Vəzirov, Mehdi Mehdizadə küçələrinin kəsişmələrindən avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. "BakuBus"a məxsus 14 saylı marşrut xətti bu səbəbdən hər iki istiqamətdə Xətai metro stansiyasının önündən keçməyəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi