azia.az
azia.az

Cocuq Mərcanlıda evlərin inşası başa çatıb (FOTO)

29-03-2017, 10:19

Cocuq Mərcanlıda evlərin inşası başa çatıb (FOTO)


Kənddə kompleks tədbirlər həyata keçirilir

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası işləri uğurla davam etdirilir. azia.az AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, inşaat işlərinə 30-a yaxın texnika, 100-dən çox işçi cəlb edilib. İş icraçısı Loğman Bayramovun bildirdiyinə görə, artıq 21 evdə hörgü işləri başa çatıb. Yaxın günlərdə bu evlərin dam örtükləri vurulacaq. 9 evin dəmir-beton tavası qoyulub. Hazırda digər evlərdə hörgü, məktəb binasında suvaq işləri, kəndə su xətlərinin çəkilişi aparılır. Kənddə birinci mərhələdə tikiləcək 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlı olacaq.

Cocuq Mərcanlı kəndinə ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilir. Artıq yol yatağının tikintisi başa çatdırılıb, birinci qat asfalt örtüyünün salınmasına başlanılıb. İşləri texnoloji ardıcıllığa riayət etməklə və yüksək keyfiyyətlə həyata keçirən “Azəravtoyol” ASC tərəfindən əraziyə lazımi miqdarda işçi və texnika cəlb olunub.

Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 4 milyon manat ayrılıb.

Cocuq Mərcanlıda evlərin inşası başa çatıb (FOTO)
Cocuq Mərcanlıda evlərin inşası başa çatıb (FOTO)
Cocuq Mərcanlıda evlərin inşası başa çatıb (FOTO)
Cocuq Mərcanlıda evlərin inşası başa çatıb (FOTO)
Cocuq Mərcanlıda evlərin inşası başa çatıb (FOTO)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi