azia.az
azia.az

Azər Süleymanov bu millətin axırına çıxır

10-11-2016, 12:19

Azər Süleymanov bu millətin axırına çıxırBu gün Bakıda satılan ətlərin 90 faizinə “baytarlıq baxışı” nişanı vurulmur

Azər Süleymanovun işçiləri sadəcə Bakıda və rayonlarda fəaliyyət göstərən on minlərlə ət dükanlarından, dönərxanalardan aylıq rüşvət haqqlarını almaqla vəzifələrini bitmiş hesab edirlər.

Rəsmi statistikadan da məlumdur ki, son 10-15 ildə Azərbaycanda sonsuzluq xəstəlyi geniş yayılmaqdadır. Yeni evlənmiş cütlüklər bir qayda olaraq uzun müddət müalicə olunduqdan sonra övlad sahibi olaraq həyatlarına sevinc qata bilirlər. Hamilə qadınlarımızın 70-80 faizinin qanında isə zərəli mikroblar aşkarlanır. Bəs bu bəlanın səbəbi nədir?

Mütəxəssislər bunu bizim insanların düzgün qidalamaması ilə, daha doğrusu yedikləri ət və süd məhsullarında müxtəlif xəstəliklərin, əsasən də sonsuzluğa yol açan xlamidioz xəstəliyinin bakteriyalarının olması ilə əlaqələndirirlər. Həmçinin mütəxəssislərin fikrincə yediyimiz ətlərin böyük əksəriyyətində bruselyoz, xlamidioz, vərəm çöpləri var. Bu da orqanizmi zəif olan insanlarda böyük fəsadlar yaradır. Bir qayda oluraq insanlara heyvanlardan keçən bruselyoz və xlamidioz xəstəlikləri insanlarda sonsuzluğa yol açır. Xüsusi ilə xlamidioz xəstəliyi sonsuzluq yaradan əsas xəstəlik hesab olunur. Mütəxəssislərin verdiyi məlumata əsaslanaraq bilgi veririk ki, tərkibində sağlamlığımız üçün ciddi fəsadlar törədən xəstəlik viruslarının süfrəmizə və mədəmizə yol tampasının qarşısının alınmasının iki yolu var.

1. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən heyvanlara vaxtlı-vaxtında müxtəlif xəstəliklərə qarşı vaksinlər vurulmalı və proflaktik tədbirlər həyata keçirilməlidi.
2. Qüvvədə olan qanunvericiliyə əsasən mağazlarda, köşklərdə və s. yerlərdə satılan heyvan əti, ancaq kəsim yerlərində (məntəqələrdə) mərkəzləşdirilmiş qaydada kəsilməli, kəsim məntəqəsinin baytar həkimi tərəfindən ekspertizadan keçirilib cəmdəyin üzərinə “baytarlıq baxışı” nişanı vurulduqdan sonra satışa göndərilməlidir.

Lakin çox təəssüflə qeyd etməliyk ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti üzərinə düşən vəzifəni yerinə yetirmir və nəticədə insanlarıiızda müxtəlif xəstəliklər, o cümlədən sonsuzluq xəstəliyi yaranır. Bu gün heç kimə sirr deyil ki, ölkəmizin sosial bəlalarından birinə çevrilən sonsuzluğa qarşı ciddi tədbirlər alınmazsa, bu sosial bəla mili təhlükəsizlik məsələsinə çevrilə bilər. Problemin həll yolu isə təbii ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin üzərinə düşən vəzifəni icra etməsindən ibarətdir.

Bizim apardığımız araşdırma və bir sıra mütəxəssislə söhbətimizdən sonra ortaya çıxan qənaət belədir ki, hər şeydən əvvəl mal-qara vaxtlı vaxtında peyvənd olunmalıdı. Çox təəssüf ki, dövlət hər il Dövlət Baytarlıq Nəzarəti Xidmətinə kifayət qədər vaksin dərmanları almaq üçün vəsait ayırmasına baxmayaraq, bu sahədə heç bir iş görülmür. Qeyd edək ki, həmin vaksinlər xaricdən alınır və baytar həkimlər yerlərdə həmin vaksinləri pulsuz olaraq kəndli və fermer təsərrüfatlarında olan heyvanlara vurmaqla vəzifəlidirlər.

Dövlət Baytarlıq Nəzarəti Xidmətində olan mənbəmiz bildirir ki, hər il vaksinlərin alınması üçün külli miqdarda vəsait ayrılır. Bu vəsaitin üçdə iki hissəsi bir qayda olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəhbərliyi tərəfindən mənimsənilir. Və təbii ki, mənimsənilən vəsait Kənd Təsərrüfatı Nazirliynin məsul rəhbərləri ilə bölüşdürülür. Vəsaitin üçdə bir hissəsinə isə vaksin və digər dərman pereparatları alınır və rayonlara göndərilir.

Rayonlarda apardığımız araşdırmalar zamanı məlum olub ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rayon şöbələri və baytar məntəqələri vaksinləri özəl apteklərdə satıdırır və pullarını ciblərinə qoyurlar. Heyvanlar isə ancaq bir halda peyvənd olunur. Heyvan sahibləri özləri baytarlara müraciət etdikdə və buna görə pul ödənildikdə. Ancaq məsələ orasındadır ki, baytarların heyvanlara vurduqları vaksin və peyvəndlərin elə də təsiri olmur. Çünki məntəqə müdirləri heyvanların yoluxucu xəstəlilərinin profilaktikası üçün nəzərdə tutulan xüsusi temperatur tejim tələb olan peyvənd vasitələrini, dərman preparatlarını şəxsi evlərində saxladıqları üçün belə rejimdə rejimdə saxlanılan preparatların xəstəliklərə qarşı effekti olmur, ya da çox az olur. Elə o üzdən də rayonlarda dabaq, qarayara, bruselyoz və xlamidioz xəstəliklər heyvan xəstəlikləri tüğyan edir. Bu isə xüsusi təhlükə mənbəyidir. Çünki bu tipli xəstəliklər insanların heyvanlarla gündəlik təmasından keçdiyi kimi, eyni zamanda yaxşı bişirilməmiş süd və ət məhsullarından insanlara keçir. Bu gün ən böyük təhlükə isə Bakıda emal olunan kolbasa və sosis məhsullarında, dönərxanalarda hökm sürür.

Qeyd edək ki, dönərxana və kolbasa sexlərində baş verənlərlə bağlı və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanovun bu tipli müəssisələrdən nə qədər aylıq rüşvət alması ilə bağlı növbəti yazımızda məlumat verəcəyik. Hələliksə yalnız onu demək istəyirik ki, məhz Kənd Təsərrüfatı naziri Heydər Əsədovun və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin qurduğu rüşvət mexanizmi sayəsində süfrələrimiz birbaşa xəstəlik mənbəyinə çevrilib. Bu hal hazırda qlobal xarakter daşımaqdadır və xalqımızın gələcəyi üçün ciddi təhlükəyə çevrilməkdədir.

Qanunla müəyyən edilməmiş yerlərdə, nəzarətsiz şəkildə küçələrdə kəsilən və satıla cəmdəklər isə birbaşa təhlükə mənbəyidir. Çünki yuxarıda göstərildiyi kimi, qanunsuz yerlərdə kəsilən heyvanlara baytar nəzarəti həyata keçirilmir. Bu gün Bakıda satılan ətlərin 90 faizinə “baytarlıq baxışı” nişanı vurulmur. Azər Süleymanovun işçiləri sadəcə Bakıda və rayonlarda fəaliyyət göstərən on minlərlə ət dükanlarından, dönərxanalardan aylıq rüşvət haqqlarını almaqla vəzifələrini bitmiş hesab edirlər.

Ardı var…


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi