azia.az
azia.az

Nazirlə deputatın hər biri 1-3 milyon olan 45 tikinti əməliyyatı - İlginc detallar

24-10-2016, 14:01

Nazirlə deputatın hər biri 1-3 milyon olan 45 tikinti əməliyyatı - İlginc detallarNazir Heydər Əsədov deputat Ağalar Vəliyevin şirkətinə sifariş verir, pul ayırır, deputat isə...

Taxıl yığımında gözlənilən və planlaşdırılan nəticəni ala bilməyən Kənd təsərrüfatı naziri Heydər Əsədovun ümidi pambıq yığımına qalıb.

Əgər pambıq yığımında da gözlənilən nəticə alınmasa, o zaman nazirə olan etimad ciddi şəkildə zədələnəcək. Baxmayaraq ki, Heydər Əsədovu yol verdiyi digər korrupsiya və qanun pozuntularına görə, elə bu gün də istintaqa çəkmək çox asandır.

Bunu Mia.az-a Kənd Təsərrüfatı Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı deyib.

Müsahibimiz deyir ki, prezident İlham Əliyev Heydər Əsədovun qarşısına bu il konkret nə qədər pambıq toplanması tapşırığını qoyub:

"Ancaq çox təəssüf ki, Heydər Əəsdov bir nazir kimi bu sahədə heç bir əməli tədbir görə bilmir. İnanın, bütün işləri Prezident Administrasiyasının tapşırıq və nəzarəti ilə icra başçıları icra edirlər. Heydər Əsədov isə sadəcə statistik məlumatları şişirtmək və hesabat verməklə məşğuldur. Aşağı göstəricilər ortaya çıxanda o, maliyyəçi "priyom”ları ilə vəziyyətdən çıxmağa çalışır. Göstərici yaxşı olanda isə özünü kənd təsərrüfatı üzrə peşəkar mütəxəssis kimi az qala gözə soxur. Oysa ki, Heydər Əsədov bu sahədə tamamilə yoxsul adamdır. O, nazirliyi Hesablama Palatasındakı komandasının köməyi ilə necə pul toplamaq və ya xərclənən vəsaitlərin taleyi və sair kimi proseslər baxımından sanki bir təftiş qurumuna çevirib. Nazirliyi özünün qeyri-peşəkar həmyerliləri və öz təbirincə desək, "babat pul çıxaran”larla doldurub. Bu adamların əsas qayəsi isə "necə edək ki, pul toplayaq, nazirin gözündə sevimli kadra çevrilək”dir. Təbii ki, belə bir vəziyyətdə aqrar sektorun sözün əsl mənasında dirçəldilməsi çətindir. Yaxşı ki, prezident şəxsən bu sahənin üzərində durub. Yoxsa Heydər Əsədov bu sahəni daha bərbad vəziyyətə qoyar”.

Məlumatlı şəxs deyir ki, hazırda Heydər Əsədovun əsas diqqəti pambıqçılıq və ya xaricə çıxarılmalı, valyuta gətirən hansısa məhsuldan daha çox 45 rayonun hər birində tikilən kənd təssəürüfatı idarələrinin yeni binalarıdır. Şünki bu tikintilərdə onun maliyyəçi marağı dövlətin ümdə maraqlarını üstələyir:

"Məlumat üçün deyim ki, bu inzibatı binaların hər biri 1-3 milyon manat arasında layihələndirilib, tikilir. Ancaq tikinti üzrə ekspertlər açıq deyirlər ki, 2, maksimim 3 mərtəbəli o binaları maksimum 250-300 manata tikmək mümkündür.

Ancaq təsəvvür edin ki, Heydər Əsədov bu tikinti işləri üçün ümumilikdə 120-150 milyon pul ayırtdırıb. Və bu pullar da 45 rayonda həmin idarələrin tikintisinə guya sərf olunub. Yuxarıda qeyd etdiyimizi kimi, uzunluğu 15-25, eni 10-17 metr olan 2 və 3 mərtəbəli yeni idarələrin binasının hər birinin tikintisi üçün də kağzı üzərində 1-3 milyon manat sərf olunur. Hətta layihələndirmədən sonra tikinti materiallarının qiymətinin guya çox qalxdığını əsas gətirən nazirlik və nazirliyin işbirliyində olduğu deputata məxsus tikinti təşkilatı yenidən tikintinin dəyərini də artırıblar. Bir sözlə, bu tikinti sahəsində çox böyük maliyyə mənimsəmələrin həyata keçirilməsi istiqamətində ciddi şübhələr var”.

Məlumatlı şəxsin iddiasına görə, Heydər Əsədov tikintidəki əsas tərəfdaşı deputat Ağalar Vəliyevin rəhbəri olduğu "Azəraqrartikinti” ASC-dir:


Ağalar Vəliyev

"Heydər Əsədov 2015-ci ildən etibarən, adı mediada və cəmiyyətdə korrupsiya ocağı kimi hallanan "Azəraqrartikjinti” ASC ilə 120-150 milyonluq tikinti oyunundadır. Bəlkə də bu məbləğ mənim bildiyimdən qat-qat çoxdur. Hər halda, dəqiq bildiyim budur ki, ilkin ayrılan pul bu qədərdir. Nə isə. Heydər Əsədovla Ağalar Vəliyev bu qədər pulun qarşılığında da həmin idarə binalarını layihələndirmədə göstərilən səviyyə və tarixdə də bitirə bilmirlər. Müxtəlif bəhanələrlə tikinti işləri ləng gedir, fəhlələrin pulu zamanında ödənilmir və yaxud həddən artıq az əmək haqqı verilir. Diqqətçəkən digər nüans isə fəhlələrlə əmək müqaviləsinin olmaması, onların çoxunun günəmüzd işlədilməsidir. Sənədsiz-filansız işləyən bu fəhlələrin əmək haqlarının kağız üzərində neçə dəfəf şişirdilməsi isə başqa mövzunun söhbətidir. Ancaq əmin olun ki, əli qabarlı fəhlələrə qəpik-quruş verilsə də, onların adıyla da böyük pullar mənimsənilir”.

Sonda məlumatlı şəxs bizə bir neçə Kənd təsərrüfatı idarələrinin yeni inzibati binasının tikintisi haqda konkret faktlar verib. Həmin tikintinin layihə dəyəri, ayrılan pullar, sərf edilən vəsait və alınan materiallarla bağlı təqdim edilən sensasion məlumatlarla bağlı araşdırmalarımız olacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi