azia.az
azia.az

Azərbaycan əhalisinin sayı açıqlanıb

14-07-2016, 11:37

Azərbaycan əhalisinin sayı açıqlanıb İlin əvvəlindən ölkə əhalisinin sayı 41,8 min nəfər və ya 0,4% artaraq 2016-cı il iyun ayının 1-i vəziyyətinə 9 milyon 747 min 400 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfər olub.
Ölkə əhalisinin ümumi sayından 53,1%-i şəhər, 46,9%-i kənd sakinlərinin, 49,8%-i kişilərin, 50,2%-i isə qadınların payına düşür. Hazırda hər 1000 kişiyə 1007 nəfər qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-may ayları ərzində ölkədə 65 min 300 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 16,3 təşkil edib. Doğulan körpələrin 53,2%-i oğlan, 46,8%-i isə qız uşaqlarından ibarət olub. Körpələrin 1174-ü əkiz, 30-u isə üçəm doğulub.
Cari ilin yanvar-may ayları ərzində ölkədə 24 min 300 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi