azia.az
azia.az

"On qəpiklik maskanı əlli qəpiyə satan vicdansızlar" - Süni qiymət artımı

25-02-2020, 18:16

"On qəpiklik maskanı əlli qəpiyə satan vicdansızlar" - Süni qiymət artımı

Azia.AZ xəbər verir ki, aparıcı ölkədə maskaların süni qiymət artımına toxunaraq sərt reaksiya göstərib:

"Xəzər Tv" də yayımlanan "Hər şey daxil" verilişinin aparıcısı Tarix Əliyev gündəmi zəbt edən koronavirusdan danışıb.

"On qəpiklik maskanı vicdanı olmayanlar əlli qəpiyə satırlar. Heç bir göstəriş olmadan birdən-birə qırx qəpik qiymət qaldırmaq nə deməkdir?! Belə çıxır ki, əgər bir ailədə məktəbə gedən, bazara gedən, işə gedən varsa və maska da hər iki saatdan bir dəyişilməlidirsə ailə maskaya on manat verməlidir. Süni qiymət artımı ilə bağlı Səhiyyə nazirliyi, Prezidentimiz dəfələrlə çıxış ediblər, heçmi qorxunuz yoxdur?! Mən deyirəm, əgər mən koronavirusa yoluxsam və mən bu səbəbdən ölərəmsə, qoy ölüm. Amma maska geyinməyəcəm".

Xüsusi müxbir Aybəniz Abdulova.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi