azia.az
azia.az

Özünə dərviş toyu edib pul yığan icra məmuruna 6 il cəza kəsildi

16-07-2019, 14:30


Keçmiş icra məmurunun məhkəməsi davam etdirilib. O, dələduzluqda ittiham edilir.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Asif Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Asif Məmmədov törətdiyi əmələ görə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Bildirək ki, zərərçəkmiş Naibə deyib ki, qızıl alveri ilə məşğul olub. O, Asif Məmmədovu Binəqədi Rayon Polis İdarəsində olarkən tandığını deyib.

Naibə Piriyeva qeyd edib ki, həmin vaxt Samirə adlı qadın ona qarşı dələduzluq etdiyi üçün Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.

"Bu işi araşdırmağı Asif Məmmədova tapşırdılar. Asif dedi ki, müstəntiq köməkçisidir. Sağ olsun, o, işi araşdırdı və sonda da razı qaldıq. Amma sonradan Asifin özü mənə qarşı dələduzluq etdi"- deyən zərərçəkmiş Asif Məmmədovla aralarında yaranan yaxın tanışlığı da məhkəməyə izah edib.

Naibə Piriyeva deyib ki, onun şikayəti ilə bağlı araşdırma gedən zaman elə olub ki, evə gec saatlarda gedib. Bu zaman Asif onu və digər şəxsləri maşınla evlərinə aparıb: "Beləcə, onunla dostlaşdıq. Onu oğlumla da tanış etdim. Anasını da bizimlə tanış etdi, ailələrimiz bir-birimizin evinə gedib-gəldi. Asifə oğlum, o da mənə ana deyirdi".

Aldadıldığını deyən Naibə Piriyeva Asif Məmmədova ilk dəfə oğlunu İqtisadiyyat Nazirliyinə işə düzəltmək üçün 15 min verdiyini söyləyib.
Özünə dərviş toyu edib pul yığan icra məmuruna 6 il cəza kəsildi
Zərərçəkmiş deyib ki, Asif Məmmədov yalandan toy edərək pul yığıb. Naibə Piriyeva bu işdə ona kömək etdiyini də etiraf edib:

"Mənim bununla münasibətim yaxşı idi. Anası Mirvari xanımla da tanış olmuşduq, səmimi münasibətimiz var idi. Bir gün anası mənə dedi ki, qız tapım. Mənə dedi ki, yalandan toy edib pul yığmaq istəyirlər. Mən də belə bir adam tapa bilməyəcəyimi dedim. Amma məsləhət verdim ki, gəlinsiz toy etmək olar. Dini toy adı ilə qızın iştirakı olmadan məclis təşkil edə biləcəklərini dedim. Ağıllarına batdı və razılaşdılar. Asif Ədliyyə Nazirliyində, polisdə tanıdığı hamını toya çağırmışdı. Restoranda ancaq kişilər idi. Anası, mən və daha 6 nəfər qadın yaxınları da orada idik. Amma biz restoranın ikinci mərtəbəsində oturmuşduq. Onlar toy edib pul yığdılar".

İttihama görə, A.Məmmədov vətəndaşlar - Ələkbər Zeynalov və Naibə Piriyevanı aldadıb. Belə ki, onları işə düzəldəcəyini deyərək pullarını alıb.

A.Məmmədov barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham edilir.

Xatırladaq ki, A.Məmmədov daha əvvəl Salyan Rayon Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində icra məmuru vəzifəsində çalışıb. O, bir müddət axtarışda olub.

İlkin Muradov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi