Dünya Kubokunun finalı təxirə salına bilər – Səbəb
İspaniya və Argentina milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının final oyunu Kanadadakı meşə yanğınları səbəbindən təxirə salına bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ole.us nəşri məlumat yayıb.
Bildirilir ki, Kanadada baş verən meşə yanğınlarından yaranan tüstü bir neçə şəhərə yayılıb və ABŞ-ın şimal ştatlarına qədər çatıb.
Çikaqoda açıq havada keçirilməsi planlaşdırılan tədbirlər, eləcə də MLS çərçivəsində keçirilməli olan “Chicago Fire” – “Vancouver Whitecaps” oyunu ləğv edilib.
FIFA havanın çirklənmə səviyyəsini qiymətləndirmək və hava keyfiyyəti sağlamlıq üçün təhlükəli həddə çatacağı təqdirdə oyunların cədvəlində dəyişiklik etmək üçün xüsusi protokollara malikdir.
Qeyd edək ki, final görüşü iyulun 19-da ABŞ-ın İst-Raterford şəhərində yerləşən “MetLife” stadionunda keçiriləcək.
Əliyar Xəlil