azia.az
azia.az

Türkiyə ilə Azərbaycan arasında "Hava Hücumundan müdafiə təlimi" anlaşma memorandumu təsdiqlənib

14-03-2016, 12:46

Türkiyə ilə Azərbaycan arasında "Hava Hücumundan müdafiə təlimi" anlaşma memorandumu təsdiqlənib Türkiyə ilə Azərbaycan arasında “Hava Hücumundan müdafiə təlimi üçün Ev sahibi ölkənin Dəstəyinə dair” anlaşma memorandumu təsdiqlənib. Bu barədə Türkiyənin "Rəsmi Gəzeti" məlumat verir.
Məlumata əsasən, “Hava Hücumundan müdafiə təlimi üçün Ev sahibi ölkənin Dəstəyinə dair” anlaşma memorandumu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.
“Hava Hücumundan müdafiə təlimi üçün Ev sahibi ölkənin Dəstəyinə dair” anlaşma memorandumu 2015-ci il sentyabrın 3 də Bakıda, 18 Sentyabr 2015-ci ildə isə Ankarada Türkiyə Baş Qərargahının Maddi-texniki Təminat idarəsinin şöbə müdiri, polkovnik Ahmet İlbaş və Azərbaycan Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov tərəfindən imzalanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi