azia.az
azia.az

İcra hakimiyyətlərində yeni ştat yaradıldı - FƏRMAN

28-02-2016, 14:10

İcra hakimiyyətlərində yeni ştat yaradıldı - FƏRMAN İcra hakimiyyətlərində dini qurumlarla işin təşkili ilə səlahiyyətli şəxs çalışacaq

Prezident İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Lent.az-ın məlumatına görə, “Azərbaycan Respublikası şəhər, rayon və şəhər rayonu icra hakimiyyəti başçısı aparatının, icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturu və ştat vahidlərinin sayı”nın “Rayon icra hakimiyyəti başçısı aparatının nümunəvi strukturu və ştat vahidlərinin sayı” cədvəlinin “İctimai-siyasi və humanitar məsələlər şöbəsi” bölməsinə aşağıdakı dəyişiklik edilib:
İctimai-siyasi və humanitar məsələlər şöbəsi
Şöbə müdirinin müavini — dini qurumlarla işin təşkilatçısı --- 1 --- 1
Baş məsləhətçi --- 4 --- 4

azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi