azia.az
azia.az

Kiyevdə erməni səfirliyi qarşısında “Rədd ol Qarabağdan!” aksiyası keçirilib — VİDEO

26-02-2017, 00:47

Kiyevdə erməni səfirliyi qarşısında “Rədd ol Qarabağdan!” aksiyası keçirilib — VİDEO


Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və birgə təşəbbüsü ilə Ermənistanın Kiyevdəki səfirliyi qarşısında Xocalı soyqrımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.

7news.Az-a BUAK-dan verilən məlumata görə, etiraz aksiyasında Ukraynanın Xarkov, Dnepropetrovsk, Lvov, Nikolayev, Kiyev və digər şəhərlərində yaşayan soydaşlarımızla yanaşı türk, İran, tatar və bir sıra xalqların diaspora nümayəndələri iştirak ediblər.

Ermənistan hakimiyyətindən işğalçı qoşunlarını Azərbaycan torpaqlarından geri çəkməyi tələb edən aksiya iştirakçıları, mənfur düşmənin indiyədək törətdiyi hər bir cinayətə görə tarix qarşısında cavab verəcəklərini vurğulayıblar. İndiki erməni daşnak hakimiyyətinə ağır ittihamların səsləndiyi aksiyada "Rədd ol Qarabağdan!", "Terrora son qoy!", "Qarabağ bizimdir, bizim olacaq!”, "Xocalı soyqrımına görə cavab verəcəksiniz” kimi şüarlar səsləndirilib.

Ermənistan səfirliyinin qarşısına avtobuslar yığmaqla aksiyanın keçirilməsinə maneəçilik törətməyə cəhd göstərilsə də, soydaşlarımızın qətiyyəti nəticəsində düşmənin bu təxribatı baş tutmayıb.
Ukrayna mətbuatının maraqla izlədiyi aksiyada Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Azərbaycanlı Gənclər birliyinin sədri İlhamə Allahverdiyeva, "İşıq” dini cəmiyyətinin sədri Əbülfəz Qasımov və Xocalı sakini olan Sadiq Bilalov çıxış edərək son 2 əsrdə xarici havadarlarının gücünə söykənərək Azərbaycanda işğalçılıq və soyqrımı siyasəti həyata keçirən erməni qəsbkarlarının qeyd-şərtsiz Azərbaycan torpaqlarını tərk etməyə səsləyiblər.

Aksiyada xüsusi fəallıq göstərən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları isə Ermənistan səfirliyinin qarşısında üzərinə "Xocalı soyqrımına görə cavab verəcəksiniz” yazılmış şəffaf qutuya faciə qurbanlarının adları qeyd olunmuş 613 zərf salaraq, oradan havaya xocalı şəhidlərinin sayı qədər qara şar buraxıblar.

Etiraz aksiyası cinayətkar Ermənistan hakimiyyətinə ünvanlanmış qətnamənin oxunuşu ilə başa çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi