azia.az
azia.az

"Türkiyə və Azərbaycanın İranla müharibəsindən kənarda qalmalıyıq" - Danielyan

1-08-2021, 12:51

Böyük müharibə və ya Meğri dəhlizinin strateji əhəmiyyəti
“İranın nüvə proqramı effektiv şəkildə inkişaf edir və yaxın gələcəkdə bu, bir həqiqətə çevriləcək. İranı dayandırmağın yeganə yolu isə böyük bir müharibədir”.
"Türkiyə və Azərbaycanın İranla müharibəsindən kənarda qalmalıyıq" - Danielyan
Azia.az xəbər verir ki, bu fikirləri erməni politoloq Stepan Danielyan bildirib.

O, özünün facebook səhifəsində dahaq sonra yazıb:

Bəs İrana qarşı kim mübarizə aparacaq? Bu sualın cavabı açıqdır: Türkiyə və Azərbaycan. Bu kontekstdə Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyin mənasını, həmçinin Azərbaycanın özünün daha da silahlanmasını və aktiv hərbi təlimlərini nəzərdən keçirmək lazımdır. London-Ankara-Bakı-Tel-Əviv koalisiyasının İrana qarşı hərəkət etdiyi göz qabağındadır (44 günlük müharibə bu xüsusi koalisiya tərəfindən təşkil edilib və İran kontekstində nəzərə alınmalıdır).

İrana qarşı yerli azərbaycanlılar və husi ərəblərindən istifadə ediləcək. İran da öz növbəsində İraqla müharibədə olduğu kimi türk kürdlərini aktivləşdirməyə çalışacaq.

Bəs bu müharibədə İranın müttəfiqi kim olacaq? Pakistanın Çinlə münasibətləri nəzərə alınmaqla təbii ki sualları var. Çin və Rusiyadan birbaşa yardım ehtimalı azdır (dolayısı ilə mümkündür). Türkiyə qoşunlarını və silahlarını Azərbaycana necə köçürəcək? Bax bu çərçivədə Meğri vasitəsilə dəhlizin strateji əhəmiyyətini nəzərə almaq lazımdır. Bu ssenarinin reallaşma ehtimalı çox yüksəkdir. Qısası, İranın nüvə proqramı bu prosesi sürətləndirir.

Belə bir vəziyyətdə nə etməliyik? Bu, hökumətə ünvanlanacaq əsas sualdır. Hökumətin vəzifəsi fərqli ssenarilər üçün fərqli bir yol xəritəsi hazırlamaqdır. Bizim vəzifəmiz bu mümkün müharibədən kənarda qalmaqdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi