azia.az
azia.az

Nikol Paşinyan: “Ermənistan Rusiyadan gözlədiyi dəstəyi alır”

8-11-2020, 15:22

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın “ARD” telekanalına verdiyi müsahibədə İrəvanın Rusiyadan müttəfiq münasibətləri çərçivəsində gözlədiyi dəstəyi aldığını söyləyib.
Nikol Paşinyan: “Ermənistan Rusiyadan gözlədiyi dəstəyi alır”
Azia.az xəbər verir ki, “РИА Новости” agentliyinin yaydığı xəbərdə belə deyilir. “Rusiyadan gözlədiyimiz dəstəyi alırıq, Rusiyanın Ermənistan qarşında üzərinə götürdüyü təhlükəsizliklə bağlı öhdəliklərini və müttəfiq kimi öhdəliklərinin keyfiyyətli şəkildə yerinə yetirməsinə şübhə etmirik”,-deyə o bildirib.

Baş nazir deyib ki, erməni tərəfi Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu və Dağlıq Qarabağ məsələsində bitərəfliyi qorumaq üçün müəyyən bir öhdəlik götürdüyünü anlayışla qarşılayır və eyni zamanda Rusiyanın Azərbaycanla da yaxşı münasibətlərdə olduğunu başa düşür: “Əlbəttə, bu, mürəkkəb bir vəziyyətdir, ancaq biz Rusiyanın Ermənistan qarşısında üzərinə götürdüyü öhdəliklərin keyfiyyətlə yerinə yetirməsindən razıdır”.moderator.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi