azia.az
azia.az

Ermənistan prezidenti İrana yalvarır: "Azərbaycanı dayandır"

8-10-2020, 10:56


Son günlər döyüş meydanında mövqelərini sürətlə itirən Ermənistan hər vəchlə İranı münaqişəyə cəlb etməyə çalışır. Bu məqsədinə çatmayan düşmən ölkənin prezidenti Armen Sarkisyan İrandan nə gözlədiklərini açıq dillə ifadə edib.
Ermənistan prezidenti İrana yalvarır: "Azərbaycanı dayandır"
Rusiya jurnalistlərinin suallarını cavablandıran A.Sarkisyan İranın hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana təsir edə biləcəyini deyib:

“İran Azərbaycana olan təsir imkanlarından atəşin dayandırılması üçün istifadə edə bilər. Mən istərdim ki, İran özünün bütün kanallarından – siyasi, etnik və digər – müharibəni dayandırmaq üçün istifadə etsin. Aydındır ki, öz sərhədlərində hərbi əməliyyatlar İran üçün xoş deyil. Çoxlu sayda terrorçunun, döyüşçünün olması kimə xoş gələr ki”...

Qeyd edək ki, erməni təbliğat maşını bir həftəyə yaxındır aktiv şəkildə İranı Azərbaycana qarşı addımlar atmağa təhrik edən materiallar yayır. Açıq görünür ki, Rusiyadan, Avropadan gözlədiyi dəstəyi ala bilməyən ermənilər son çarə kimi İrana üz tutublar.(Moderator)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi