azia.az
azia.az

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Vəsilə Abulova seçicilərinə müraciət etdi

1-02-2020, 12:10


99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Vəsilə Abulova seçicilərinə müraciət etdi
99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd Vəsilə Abulovanın görüşləri davam edir. Deputatlığa namizəd Vəsilə Abulova seçicilərinə müraciət etdi. Əziz Şəmkirlilər, bu seçkilərə qatılmağım mənə çox şey verdi. Qəsəbə və kəndlərdə görüşlər keçirdikcə millətimin yaşadığı çətinlikləri gözlərimlə gördüm... Qarabağ qazisinin acınacaqlı vəziyyətdə yaşadığını, xəstə uşağının qarşısında gözüyaşlı ananın çarəsizliyini, acınacaqlı vəziyyətdə olan məktəbləri, suyun olmamasından əziyyət çəkən millətimin vəziyyətini gördüm... Bunların aradan qaldırılması ücün cəhd göstərmək hər birimizin Vətən qarşısında borcudur. Bunun üçün millət vəkili olmaq vacib deyil! Mən öz qarşıma məqsəd qoydum: Bu seçkilərdə seçilib və ya seçilməməyimə baxmayaraq gördüklərimə biganə qalmayacağam. Səsim çatdığı qədər millətimin səsini yuxarı instansiyalara çatdıracağam! Və əminliklə deyirəm ki, bizim səsimizə Dövlətimiz səs verəcək.Böyüklərimdən mənə bir nəsiyyət var ki, bunu mən deviz etmişəm özümə: "Vəzifə müvəqqəti bir dönəmdir, bu dönəmdən sənə tək etdiyin yaxşılıq qalacaq!" Həmişə bu devizlə çalışmışam, tutduğum vəzifəni yaxşılıq etmək üçün bir vasitə bilmişəm və belə də davam edəcəyəm!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi