azia.az
azia.az

Nazarbayevin qızı İrəvanda – Sərkisyanla bir arada

16-11-2019, 19:26

Nazarbayevin qızı İrəvanda – Sərkisyanla bir arada

Ermənistan Prezidenti Armen Sərkisyan ölkəsində rəsmi səfərdə olan Qazaxıstan Senatının sədri Dariqa Nazarbayevanı qəbul edib.

Azia.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və digər məsələlər müzakirə olunub.

Tərəflər Qazaxıstan və Ermənistan arasında əməkdaşlığın perspektivli sahələri üzrə birgə işçi qruplarının yaradılması razılığına gəliblər.

Nazarbayeva Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin gələn il Ermənistana səfər edəcəyini bildirib və xoş qarşılanmaya görə Sərkisyana təşəkkür edib.

Dariqa Nazarbayeva Qazaxıstanın keçmiş lideri Nursultan Nazarbayevin qızıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi