azia.az
azia.az

ÜST rəhbəri koronavirusdan sağalanlara xəbərdarlıq etdi

1-11-2020, 15:59



Koronavirusdan sağalan insanlarda virus həyati vacib orqanlara uzunmüddətli təsirini qoyur.
ÜST rəhbəri koronavirusdan sağalanlara xəbərdarlıq etdi
TASS-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Prezidenti Tedros Adanom Qebreyesus xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu simptomlar zaman keçdikcə dəyişir və pisləşməyə doğru gedir.

ÜST rəhbərinin sözlərinə görə, söhbət yorğunluq, öskürək, tənəffüs çətinliyi, iltihab, həmçinin ağciyər və ürək daxil olmaqla əsas orqanların zədələnməsindən gedir.

Qebreyesus COVID-19-dan sağalmanın yavaş ola biləcəyini, həftələr və hətta aylar çəkə biləcəyini deyib.

O həmçinin bildirib ki, mənfi nəticələr həm xəstəxanada, həm də evdə müalicə alanlarda, yaşından və cinsiyyətindən asılı olmayaraq eyni dərəcədə özünü göstərir.

Təşkilatın baş direktoru uzunmüddətli nəticələrdən əziyyət çəkən insanların sayının hələ müəyyənləşmədiyini qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi