azia.az
azia.az

Azərbaycanda vəzifəli şəxslər həbs olunacaq, bu bürclər uğur qazanacaq – Tanınmış astroloqdan 2021-ci il proqnozları

22-12-2020, 16:13

Azərbaycanda vəzifəli şəxslər həbs olunacaq, bu bürclər uğur qazanacaq – Tanınmış astroloqdan 2021-ci il proqnozları
Artıq 2020-ci ili, "siçan ili"ni başa vurmaq üzrəyik. Şərq təqviminə görə, 2021-ci il "Ağ Öküz ili"dir. Öküz böyük dəyişikliklər, irəliyə can atmaq, həyatda köklü dəyişikliklər etməyin simvolu sayılır.
Maraqlıdır, bu il bizi nələr gözləyir? Astroloqlar 2021-ci ildə bizə nə vəd edir?
Tanınmış astroloq, "Qoroskop"qəzetinin baş redaktoru Səbuhi Rəhimli "Öküz ili" ilə bağlı Sfera.az-a müsahibə verib:
- 2021-ci il, yəni "öküz ili" ötən "siçan ili" kimi partlayışlarla gələcək ya bizi sakit il gözləyir?

-Tarixi xronologiyaya baxdıqda görürük ki, siçan ilinin dağıdıb tökdüyü şeyləri öküz ili yığışdırır. Sensassiya yaratmaq istəyən insanlar 2021-ci ilin bu ildən daha betər olacağını, 2020-ci ilə şükür edəcəyimizi deyirlər. Amma deyə bilərəm ki, 2021-ci il 2020-ci ilə nəzərən daha məhsuldar olacaq. Lakin hələ ki, pandemiya davam etdiyi üçün dünyanın passivlik məqamı ortaya çıxacaq.




- Yəni, qarşıda sakitlik və firavanlıq dolu günlər var?

- Belə deyim, əgər "siçan ili"ndə təxribatlar olurdusa, insanlarda aqressiya maksimum həddə çatıb, ölkələrarası müharibə təhdidləri müşahidə edilirdisə öküz ilində bu məsələlər yavaşlayacaq. Amma öküz ilinin də özünəməxsus mənfi tərəfləri olacaq. Məsələn, bu il üçün suiqəsdlər, məhəlli münaqişələr xarakterikdir. İndiyədək öküz ilində böyük müharibələr olmayıb. Tarixə nəzər salsaq "öküz ili" olan 1937-ci ildə repressiyanın və bəzi tanınmış simalara suiqəsdlərin olduğunu müşahidə edərik. Amma ümumi götürəndə "öküz ili" insanların bir-birlərinə açıq şəkildə mehribanlıq nümayiş etdirdiyi, konfliktlərin sakitləşdiyi, sülh müqavilələrinin bağlandığı ildir. Bu baxımdan "öküz ili"ndə bədbin yanaşanları qınayıram.




- 2021-ci il hansı bürclər üçün uğurlu sayıla bilər?

-"Öküz ili"ni əsas idarə edən bürclər buğa və tərəzi bürcüdür. Yəni, ilin aparıcı bürcləri bu bürclər olacaq. Bundan başqa torpaq ünsürü olan qız, oğlaq və hava ünsürü dolça bürcü də öküz ilində aktiv olacaq.


- Beynəlxalq aləmdə, eləcə də daxili siyasətdə nə kimi dəyişikliklərin olması gözlənilir?

- Hazırda Nato Rusiya qarşıdurması var, Türkiyə Qərb dövlətləri arasında, Ukrayna və Rusiya rasında gərginlik var. Bu məsələlərdən dolayı da deyirlər ki, müharibə qaçılmaz olacaq. Amma deyə bilərəm ki, bu fikirlər doğru deyil, öküz ilində müharibə olmayacaq. Bundan başqa Ermənistan və Azərbaycan arasında da böyük gərginlik gözlənilmir. Gələn il hətta bu iki ölkə arasında Aprel döyüşləri kimi qısa müddətli müharibə də gözlənilmir. Düzdür, düşmən tərəfin kiçik təxribatları olacaq, amma ümumilikdə Qarabağda heç bir müharibə gözlənilmir. Nə Türkiyənin, nə də Rusiyanın 2021-ci ildə hərbi bazası qurulacaq. Heç bir ölkə ilə münasibətimizin korlanacağı və s. gözlənilmir.


- Bəs, "öküz ili"nin iqtisadiyyata təsiri necə olacaq? Devalyasiya gözlənilirmi?

- 2021-ci il üçün devalyasiyanın olması ilə bağlı fikirlər var. Hətta keçən il insanlar dollar almağa başlayırdı ki, dollar bahalaşacaq. Amma keçən il də olduğu kimi bu il də devalyasiyanı təkzib edirəm. May ayına qədər ölkədə hansısa devalyasiyanın olacağı gözlənilmir. Sadəcə pandemiyanın təsirlərinə görə iqtisadiyyat bir qədər geriləyə bilər.



- 2020-ci ildə icra başçılarının vəzifədən azad olunacağı ilə bağlı proqnoz vermişdiniz. Bəs, 2021-də hansı sahədə istefalar, vəzifədən uzaqlaşdırılma gözlənilir?

- Bəli, həmin proqnozum doğru çıxdı və 16-a yaxın icra başçısı vəzifəsindən azad edildi. 2021-ci ildə isə işdən çıxarılacaq, cəzalandırılacaq məmurlar daha çox prokurorluq, ədliyyə orqanlarında olacaq. O sferada olub yaxşı işləməyən, cinayət və korrupsiyaya bulaşan şəxslərin, polislərin vəzifədən azad olunmasını, həbsini görəcəyik.




Sfera.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi