azia.az
azia.az

Azərbaycanlı qızın bu fotoları sizi vahiməyə sala bilər – FOTOLAR

8-08-2019, 08:46

Azərbaycanlı qızın bu fotoları sizi vahiməyə sala bilər – FOTOLAR

“Amerikada qrim təhsili alıb yerli kinolarımıza dəstək olmaq istəyirəm”

-Gülnaz Bayramova ,19 yaşım var. Azərbaycan Memarlıq və İnşaat kolleci dizayn fakültəsinin 3-cü kurs tələbəsiyəm.

Nə vaxt qrim etmək bacarığınızın fərqinə vardınız? Bu işə həvəs necə yarandı?
-Əslində bu iş bir zarafatla başladı. Keçən il oldu bu hadisə. Qızlarla zarafat etmək istəyirdim və alnımda çapıq çəkdim. Onlar da inandılar. Hamı soruşurdu ki, alnına nə olub? Gördüm ki insanlar maraqlanır və ikinci qrimimi etdim. İşlədikcə gördüm ki, bu işə marağım artır və zövq alıram. Amma dərslərlə paralel davam etdirə bilmirdim, çətinlik çəkirdim. 4-5 ay sonra həvəskar kimi qrim videolarına baxmağa başladım. Daha çox araşdırdım. Başladım davamlı bu işlə məşğul olmağa. Online dərslər aldım. Düzdür hazırda online dərslərdə öyrəndiklərimi tətbiq edə bilmirəm çünki materialım yoxdur. Bacardığım qədər çalışıram ki, daha çox inkişaf etdirim, daha çox öyrənim çünki insan nə qədər öyrənsə də azdır.

Ən çox maraq doğuran qrimlər hansılardır?
Azərbaycanlı qızın bu fotoları sizi vahiməyə sala bilər – FOTOLAR
Daha çox yara, çapıq istəyirlər. Məsələn yazırlar ki, qrim istəyirəm üzümün yarısı yanmış olsun və ya üzü gülür amma əslində ağzı bağlıdır. Qapalı halda olan gözlərin üstünə ikinci göz çəkməyimi istəyiblər.

Filmlərdə qrimyor kimi işləmisiniz?

İlk qrim işim “Portret” filmində olub. Amma reklam və vayn çəkilişlərində də işləmişəm.
Hansı məşhur filmdə personajların qrimini etmək istərdiniz?
Azərbaycanlı qızın bu fotoları sizi vahiməyə sala bilər – FOTOLAR
Ən çox Netflixdə “Riverdale” və “The Walking Dead” filmlərindəki personajları qrim etmək istəyərəm. Çox sevirəm bu filmlərdəki obrazları, qrimləri.

Sizi ilk dəfə böyük kütləyə tanıdan işiniz hansı olub?

Ən çox bəyənilən qrimim üzümdə etdiyim qrim idi ki, ağız və burun əhatəm yanmış, çürümüş kimi görünürdü. Paylaşdıqdan sonra çox sevilmişdi, bəyənilmişdi. Bir çoxları da paylaşmışdı və çox adam görmüşdü. Müsbət reaksiya almışdım.

Qrim edərkən hər kəsin istifadə etmədiyi hansı vasitələrdən istifadə edirsiniz?
Azərbaycanlı qızın bu fotoları sizi vahiməyə sala bilər – FOTOLARAzərbaycanlı qızın bu fotoları sizi vahiməyə sala bilər – FOTOLAR
Elə olub ki, qrim edərkən salfetdən istifadə etmişəm. Amma qrim üçün xüsusi vasitələr var və onlardan mütləq istifadə olunmalıdır. Qan effektini almaq üçün xüsusi maddələr var. Onlar olmasa istənilən effekti almaq mümkün deyil. Qrim vəsaitləri çox bahadır, həmişə hamısını almaq olmur. Pulum dərs vəsaitlərinə, boyalara xərclənir. Ona görə mən insanlara göstərirəm ki, ev şəraitində də material hazırlamaq mümkündür.
Hansı məşhur qrimyorları izləyirsiniz?

Hamısı xaricilərdir. Həddən artıq çox səhifə izləyirəm. Elliemac , Roligore, Karolina Maria, Simple Simphony-ni izləyirəm.
Azərbaycanlı qızın bu fotoları sizi vahiməyə sala bilər – FOTOLAR
Sizi digərlərindən fərqləndirən qrimə yanaşma tərziniz nədən ibarətdir?

Mən işimdə kopya etməməyə çalışıram. Hansısa ideyanı təkrarlasam belə əl işimdə onu özümə məxsus tərzdə edirəm.

Bəs özünüzün ən bəyəndiyi qrimləri hansıdır?

Mən özüm yara, çapıq, qan effektləri ilə işlənmiş qrimləri sevirəm . Onları daha yaxşı bacarıram. Əsas işim budur. Düzdür vaxtım çox gedir amma düşünürəm ki, buna dəyər.
Azərbaycanlı qızın bu fotoları sizi vahiməyə sala bilər – FOTOLAR
Hansı məşhurları bəzəmisiniz?

Instagram fenomeni Elvin İbranı vayn çəkilişi üçün qrim etmişəm.

Hansı filmlərdə qrimləri bağlı ciddi səhvlər görmüsünüz?

Dəqiq film adı deyə bilmərəm amma rastlaşdığım olub. Bizim yerli filmlərimizdə qan effekti olan qrimlərdə qan əsl qana yox, ketçupa oxşayır. Lakin son zamanlar diqqət etməyə başlayıblar, bu da danılmazdır.

Sahənizlə bağlı gələcək planlarınız nələrdir?

Ən böyük arzum Amerikada qrim üzrə profesional təhsil alıb, Azərbaycan kinolarını qabağa çəkməkdir. Baxırıq ki, xarici filmlər tanınır, Oskar alır düşünürəm ki, bizdə niyə belə bir film olmasın?

Başqa nə kimi məşğuliyyətləriniz var?

Rəsm çəkirəm, ixtisasıma uyğun olaraq maket hazırlayıram. Amma qrim etmək qədər sevdiyim bir məşğuliyyət yoxdur. Bəzən qrim edəndə alınmır silirem yenidən edirəm. Alınana qədər işləyirəm üstündə. Amma digər işlər elə deyil bir dəfə edirəm alınmasa əsəbləşirəm və davam etmirəm.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi