azia.az
azia.az

Aqil M.Quliyev: “Qadını fahişə kimi göstərirsənsə, fitə basıb daşlayacaqlar”

29-01-2019, 09:19

Aqil M.Quliyev: “Qadını fahişə kimi göstərirsənsə, fitə basıb daşlayacaqlar”
Azia.az-a açıqlama verən rejissor filmlərində erotika da olacağını deyib:Tanınmış rejissor Aqil M.Quliyev yaxın günlərdə yeni filmlərlə gündəmi bir-birinə vuracaq. “Sel gəlir” deyən rejissor çəkdiyi filmlərin kino aləminə bomba kimi düşəcəyini bildirib.

“Əlbəttə filmlərimdə erotika olacaq. Vaxtilə kliplərimdə erotikadan istifadə etmişəm. Amma heç vaxt heç kim irad bildirməyib ki, vay-vay bu nədir çəkmisən. Çünki təqdimat gözəl idi. Qadın bədəni gözəldir, əgər onu gözəl tərzdə görürsənsə, təqdimatı da gözəl olacaq. İnsanlar tərəfindən müsbət qarşılanacaq. Hər şey daxili mədəniyyətdən asılıdır. Dünya kinosunda fahişə obrazı olan minlərlə filmlər var. Sən o qadını fahişə kimi göstərirsənsə, tamaşaçı da elə görəcək, fitə basıb daşlayacaq. Yox əgər fahişəni gözəl bədən quruluşuna malik əsl qadın kimi təqdim edirsənsə, tamaşaçı o nöqteyi nəzərdən baxacaq. Buna deyərəm rejissorun uğuru”.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi