azia.az
azia.az

Damla yenə ağlatdı: Bu dəfə filmlə - Foto

17-11-2018, 09:28

Damla yenə ağlatdı: Bu dəfə filmlə - Foto


Ötən gün “Taxta ayı” adlı bədii filmin qala gecəsi baş tutub.

Azia.Az xəbər verir ki, ekran işində baş rolları müğənni Damla, aktyorlar Rüfət Nəzər və Neo oynayıb.

Onlarla yanaşı, filmdə Əməkdar artist Mehriban Xanlarova, Zemfira Əbdülsəmədova, Mətanət Atakişiyeva, İlqar Cahangir kimi sənətçilər rol alıb.


Media və şou-biznes nümayəndələrinin də iştirak etdiyi tədbirdə Damla birlikdə rol aldığı şəxsləri “Canlı əfsanə” adlandırıb.
“Çox xoşbəxtəm ki, canlı əfsanələrlə rol almışam. Filmin “Taxt ayı” adlanmasına səbəb isə ekran işindəki həyatımın sevgisi olan insan balaca oyuncaq ayı düzəldir. Sevgisini də məhz bu oyuncaqlar vasitəsilə ifadə edir.

Düşünürəm ki, tamaşaçıları kövrəldə biləcəyik. Bizdə bu janrda film çəkməkdən bir az ehtiyat edirlər. Çünki komediya daha çox sevilir. Amma mən də ən çətin və ağır olan işləri sevdiyimə görə, dedim, qoy, dram olsun. Riskli insanam”.

Gecədə Mehriban Xanlarova, Zemfira Əbdülsəmədova, Mətanət Atakişiyeva kimi aktrisaların olmaması diqqət çəkib.

Qeyd edək ki, filmin rejissoru Emin Muradov, ssenari müəllifi Fariz Əliyev, prodüseri isə Damlanın özüdür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi