azia.az
azia.az

Göz təzyiqinin əlamətləri

4-06-2017, 11:13

Göz təzyiqinin əlamətləri


Göz təzyiqi xəstədə ciddi ziyanlara səbəb ola biləcək bir narahatlıqdır. Hər xəstəlikdə olduğu kimi, göz təzyiqində də erkən diaqnoz olduqca mühümdür.

Ən sadə izahı ilə göz təzyiqi görmə qüvvəsinin reallaşması üçün lazım olan maye təzyiqinin həddindən artıq yüksəlməsi və bu halda görmə pozuntularının baş verməsidir. Göz təzyiqi hiyləgər bir xəstəlik olub.

Deyerler.org bildirir ki, ilk yarandığı anda əlamət göstərməyə bilər. Vəziyyət belə olduqda xəstəlik inkişaf etməyənə qədər hiss olunmur.

Göz təzyiqinin əlamətləri:
- Səhər baş ağrısı ilə oyanmaq;
- Görmədə qabiliyyətində bulanıqlıq;
- Televizor və ya kompyuter ekranına baxarkən göz və ətrafında yaranan ağrı;
- Axşamlar işıqların ətrafında halqalar görmək.

Göz təzyiqi ən çox kimlərdə müşahidə edilə bilər:
- Nəslində göz təzyiqi olanlarda;
- 40 yaşından yuxarı olanlarda;
- Şəkər xəstəliyi olanlarda;
- Təzyiqi olan xəstələrdə;
- Miqrenı olan xəstələrdə;
- Anemiyası olanlarda;
- Göz və ətrafından yaralananlarda.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi