Wpw sindromunun açıqlaması wolff parkinson white xəstəliyidir. Anadangəlmə bir xəstəlik olub özünü müxtəlif yaşlarda biruzə verir. Əlamətləri müxtəlifdir- uzun illər heç bir simptom vermədiyi kimi qəfildən sürətli ürəkdöyünmə, özündəngetmə, bəzi hallarda ürəkdə sıxıcı ağrılarla özünü biruzə verə bilər. Diaqnoz çox zaman adi elektrokardioqramma müayinəsi zamani üzə çıxır və əksəriyyət hallarda onu aşkar edən kimi xəstəyə ləğv edilməsi təklif edilir. Bu sindromun nə olduğunu anlamaq üçün gəlin ilk öncə ürəyin elektrik sisteminə nəzər salaq. Normalda ürək sinus düyünü deyilən bir düyündən elektrik stimulu alır, sinus düyünü bu stimulu daha da aşağılara, av düyünə, oradan hiss dəstəsinə ötürür və bunun nəticəsində ürək bir dəfə yığılır. Wpw sindromunda əlavə aksesuar yollar mövcud olar ki, ürəkdən çıxan impulsu onlar ötürər və bu av düyünə baş çəkmədən bir başa aşağıya ötürülər. Av düyünün süzgəc funksiyası olduğundan, impuls bu düyünə baş çəkmədikdə müxtəlif, bəzən də həyati təhlükəli aritmiyaların yaranmasına gətirib çıxarda bilər. Buna görə əgər sizə bu diaqnoz qoyulubsa, və ya əlamətlərini özünüz də hiss edirsinizsə bizə müraciət edin. Wpw sindromunun birbaşa müalicə üsulunu sizə təklif edək və siz bu təhlükəli xəstəlikdən birdəfəlik yaxa qurtarın.
Günay Rəhimova
Kardioloq- Aritmoloq