azia.az
azia.az

Qar, dolu, yağış geri qayıdır - XƏBƏRDARLIQ

22-04-2017, 09:59

Qar, dolu, yağış geri qayıdır - XƏBƏRDARLIQ

Qış havası aprelin 25-dək davam edəcək

Bu gündən ölkə ərazisində hava yenidən soyuyacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İstiPress-ə verilən məlumata görə, aprelin 22-23-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 22-də güclü xəzri küləyinin aprelin 23-də arabir güclənən gilavar küləyi ilə əvəz olunması meteohəssas insanlar üçün əlverişsizdir.

Ölkə ərazisində aprelin 22-dən 25-dək hava şəraitinin küləkli olacağı, qərb, şimal-qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclü olacağı gözlənilir. Aprelin 24-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-9, gündüz 14-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bu gün hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq.

Havanın temperaturunun gecə 5-10, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi