azia.az
azia.az

Ürək üçün ən faydalı 3 məhsul

11-09-2016, 10:02

Ürək üçün ən faydalı 3 məhsul
Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir

Həkimlər təəssüflə qeyd edirlər ki, ildən ilə bu xəstəliklər "cavanlaşır" və son zamanlarda tez-tez çox cavan insanlarda aşkar olunur.

Ürəyin sağlamlığının qorunmasında qəbul etdiyimiz qidalar çox böyük rol oynayır. Bəzi məhsullar ürək üçün xüsusilə faydalıdır. Bu məhsulları qidalanmaya daha tez-tez daxil edin.

1. Qızılbalıq (losos)

Omeqa 3 polidoymamış yağlı turşularla xüsusilə zəngin olan qızılbalıq aterosklerozun inkişafını ləngidir, damarları xolesterindən (piyə oxşayan maddə) təmizləyir.
Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Bunun nəticəsində damar daralır, onun keçirmə qabiliyyətini pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, infarktın və insultun əsas səbəbidir.

Omeqa 3 yağlı turşular həmçinin ürək ritminin tənzimlənməsinə kömək edir.

2. Ərik qurusu

Ərik qurusu kaliumla zəngindir. Kalium ürəyin normal fəaliyyəti, normal yığılması üçün olduqca vacib olan mineraldır. Kaliumun orqanizmdə çatışmamazlığı ağır aritmiyaların inkişafına səbəb olur.

3. Badam

Badam "arginin" adlı aminturşusu ilə zəngindir. Bu maddə damarları genişləndirir ki, nəticədə orqanizmdə və o cümlədən ürəkdə qan dövranı yaxşılaşır. Həmçinin arginin arterial təzyiqin tənzimlənməsinə kömək edir.(saglamolun.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi