azia.az
azia.az

İnsan həyatı üçün ən təhlükəli canlıların siyahısı açıqlanıb

10-09-2016, 14:21

İnsan həyatı üçün ən təhlükəli canlıların siyahısı açıqlanıb
BMT-nin Kənd Təsərrüfatı Təşkilatı ən təhlükəli canlıların siyahısını açıqlayıb

Onların əksəriyyəti insanlarda ölümcül xəstəliklərə səbəb olurlar.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, insan ölümünə səbəb olan ən təhlükəli heyvanlar ağcaqanadlardır. Hər il bu həşəratların sancması nəticəsində 750000-ə qədər insan ölür. Ağcaqanadlar özlərində ölümcül xəstəlikləri daşıyırlar.

İkinci yerdə elə insanların özü durur. İldə insanların günahı üzündən 437000 insan məhv olur.

İnsanlar üçün təhlükəsinə görə ilanlar üçüncü hesab edilirlər. Hər il 100000 insan bu sürünənlərin qurbanı olur. İtlər isə dördüncü yerdədir. İt dişləməsindən də hər il 35 min insan ölür.

Təhlükəli heyvanların siyahısına şirin suda yaşayan ilbiz də düşüb. Bir il ərzində bu heyvan səbəbindən 20 min insan həyatdan gedir. İnsanlar arasında geniş yayılan şistosomoz xəstəliyi şirin suda yaşayan ilbizlər tərəfindən yayılır.

Növbəti yerdə taxtabitilər (Şaqasa xəstəliyinin daşıyıcıları) və milçək gəlir. Taxtabitilər hər il 12 min insanın, milçək isə 10 min insanın ölümünə səbəb olur.

Yer kürəsində ən təhlükəli heyvanların siyahısına həmçinin askaridlər, timsahlar, begemotlar, fillər, şirlər, canavarlar, köpək balıqları da aiddir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi