azia.az
azia.az

Tənzilə Rüstəmxanlı: “Televiziyalarda səviyyəsiz insanlar reklam olunur”

19-11-2018, 11:20

Tənzilə Rüstəmxanlı: “Televiziyalarda səviyyəsiz insanlar reklam olunur”


“Fikir azadlığı əxlaqsızlıq və anarxiya demək deyil”


“Televiziyalardakı biabırçılıqlar barədə mən dəfələrlə danışmışam. Bayağı, yersiz verilişlər baş alıb gedir, ekranlarımızda səviyyəsiz insanlar reklam olunur. Dilmizin qanunlarına riayət etmirlər, mədəniyyətimizi, mənəviyyatımızı ayaqlar altına atırlar. Bununla millətimizi təhqir edirlər”.

Bu fikirləri AZİA.AZ saytına açıqlamasında “Azəri-Türk Qadınlar” İctimai Birliyinin sədri, tanınmış ictimai xadim Tənzilə Rüstəmxanlı bildirib.
Televiziyalarımızda baş alıb gedən acınacaqlı duruma münasibət bildirən T.Rüstəmxanlı onu da qeyd edib ki, televiziyalar reytinq dalınca düşüblər və bütün dəyərlərimizi də reytinqə qurban verirlər: “Bu sahədə çox ziyanlı tendensiya yaranıb və olduqca ciddi, narahatedici məqamlar yaranıb. Televiziyalara nəzarət edən qurumlar var, onlar bu məsələlərə çox ciddi yanaşmalıdırlar. Demirik ki, insanların fikir azadlığını əlindən alaq. Amma fikir azadlığı əxlaqsızlıq və anarxiya demək deyil”.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi