azia.az
azia.az

4 ay öncə şəhid olan zabitimizin əkiz övladı oldu

30-06-2017, 13:31

4 ay öncə şəhid olan zabitimizin əkiz övladı oldu


Bu il fevralın 25-də Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçimiz Şahlar Nəzərovun əkiz övladı dünyaya gəlib.

Bakunews.az xəbər verir ki, Şahlar Nəzərovun qohumlarının Modern.az-a verdiyi məlumata görə, hər iki uşaq sağlamdır.

Bir müddət öncə şəhid baş leytenantın atası Yaşar Nəzərov bildirmişdi ki, nəvələrindən birinə Şahların digərinə öz adını verəcək.

Qeyd edək ki, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Hərbçimiz şəhid olmamışdan 5 ay öncə ailə həyatı qurubmuş. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi