azia.az
azia.az

FETÖ-nun qara qutusu- tabut içinə gizlənib....

28-08-2017, 17:41

FETÖ-nun qara qutusu- tabut içinə gizlənib....



FETÖ-nun aviasiya şirkəti sahibi olan İbrahim Faruk Bayındırın, 15 İyul sonrası təyyarə ilə qaçmasının pərdəarxası üzə çıxdı. Hollivud filmlərini xatırladan fərarilik hadisəsində Faruk Abad, hazırladığı saxta cənazə sənədləriylə bir tabut içində özəl təyyarəyə mindirilib və Atatürk Hava Limanından əvvəlcə Ərbil, oradan da indilərdə qaçaq yaşadığı Miamiyə uçdu. Hadisə İstanbul Cümhuriyyət Baş savcı vəkili Həsən Yılmazın apardığı araşdırmada aşkara çıxdı.

Faruk Bayındırın qardaşı Fərhad Abad, qardaşının qaçışından sonra yaxalandı və etiraf etmiş şəxs oldu. Hazırda həbsxanadadır. Fərhad Abad, 8 səhifəlik ifadəsində, bütün günahın qardaşına aid olduğunu bildirdi və onun tutulması üçün əlindən gələni edəcəyini deyib. Həmçinin qardaşının Heydər Meriç cinayəti və MHP-nin kaset tələsində rolu olduğunu da etiraf etdi.

Vüsalə Qələndərli
azia.az

Mənbə (Sabah)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi