“Ermənistan müxalifəti kimlərdən ibarətdir? Yüz faiz olmasa da, başda Robert Köçəryan, Serj Sarkisyan, Balasanyan, Ohanyan kimilər olmaqla, 70-80 faiz cinayətkarlardan, separatçılardan, quldurlardan ibarətdir. Həmin separatçı, cinayətkar rəhbərlərdir ki, Ermənistada müxalifət bunların ətrafında yığışıb. İtin-qurdun siyahısını çox uzatmaq olar... Bunlar müharibə komandasıdır. Müharibə vasitəsilə uzun illərdir, təkcə Azərbaycanın işğal altında saxladıqları ərazilərindəki var-dövləti deyil, eyni zamanda Ermənistanı çapıb-talayıblar, ermənilərin xaricdə mövcud olan müxtəlif diaspor və digər təşkilatlarının pulunu mənimsəyiblər. İndi dişlərini yenə qıcayıblar ki, “bəlkə, təkrar qaytardılar”, həmin cinayətləri davam etdirsinlər. Nikol Paşinyan isə tam olmasa da, müəyyən mənada imza atdığı sənəddəki müddəaların tələblərini yerinə yetirməyə çalışır, siyasətini bu istiqamətdə aparır. Həm 2020-ci ildə üçtərəfli - Azərbaycan-Ermənistan - Rusiya tərəfindən imzalanan, həm Vaşinqtonda 2025-ci ildə imzalanan sənədlər, qoyulan tələblər... Paşinyan yaxasına da Ermənistanın mövcud xəritəsini taxıb bəyan edir ki, biz Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməliyik, yeganə çıxış yolumuz, varlıq və inkişaf yolumuz budur. Paşinyan bunu dərk edir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Ermənistanın yeni dərc edilən Konstitusiya layihəsi barədə danışarkən deyib.

Fuad Muradov bu işi BACARA BİLMƏDİ... - İTTİHAM VAR!
Azərbaycanı dərmanla zəhərləyən mafiya — ARAŞDIRMA
HƏR CÜR EHTİRAMA LAYİQ ŞƏMSİYYƏ XANIM
