azia.az
azia.az

Dondurma alarkən diqqətli olun - İçindən toyuq sümüyü çıxdı+Video

15-06-2017, 08:58

Dondurma alarkən diqqətli olun - İçindən toyuq sümüyü çıxdı+Video


Paytaxt sakini Rasim Mikayılovun həyat yoldaşı mağazadan alınmış dondurmanın yarısını yedikdən sonra qəribə bir dad hiss edib.

azia.az Xezerxeber.az-a istinadən məlumat verir ki, onun içindəki bərk cismi ilk baxışdan daşlaşmış şəkər zənn etsə də, diqqətlə baxdıqda toyuğun bud sümüyü olduğunu görüb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindən bildiriblər ki, vətəndaş qarşılaşdığı halla bağlı müraciət edərək hüquqlarını tələb edə bilər. Araşdırma nəticəsində həmin fakt təsdiqini taparsa, istehsalçı qanunlara uyğun olaraq cəzalandırılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi