azia.az
azia.az

Farş ətin standartı nədir? - VİDEO

13-04-2016, 09:43

Farş ətin standartı nədir? - VİDEO Sosial şəbəkələrdə farşın hazırlanmasının əks olunduğu video ciddi müzakirələrə səbəb olub. Xüsusilə də toyuq ətinin sümüklü halda mal ətinə qarışdırılması insanları narahat edib. Doğrudur, görüntülərin harda lentə alındığı bilinmir. Ancaq marketlərdə farşın açıq satışı bir sualı aktuallaşdırır: farşın hazırlanması ilə bağlı bir standart varmı və saxta farşı necə fərqləndirmək olar?
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, mal əti, toyuq əti, hətta toyuğun ayaqları da ət maşınından keçirilib farş hazırlanır. Sosial şəbəkələrdə yayılan bu kadrlar farş əti marketdən hazır satın alanları dəhşətə gətirib.
Bu görüntülər eyni zamanda farşın hazırlanmasında standartın olub-olmaması məsələsini də gündəmə gətirir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin məlumatına görə, mal ətinin farşı ilə bağlı dövlət standartı yoxdur. Ancaq bu, o demək deyil ki, farşın içərisinə ətin istənilən hissəsini qatmaq olar. Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, əgər mal farşının içinə əlavə ət qatılırsa, bu, mütləq ətin üzərindəki etiketdə göstərilməlidir. Əks təqdirdə bu, istehlakçı hüququnun pozulması deməkdir
Farşın içərisinə xüsusilə də toyuğun sümüklü hissələrinin qatılması isə yol verilməzdir. Şöbə müdiri bildirdi ki, farşın içərisinə toyuğun hissələrinin qatılıb-qatılmadığını rəngindən müəyyən etmək mümkündür
Farş ətin tərkibi ilə bağlı şübhələri birdəfəlik aradan qaldırmaq üçün isə ətin ev şəraitində maşından keçirilməsi tövsiyyə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi