azia.az
azia.az

Məhkəmə iş adamı haqda qərar verdi - Həbs qətimkan

10-06-2017, 18:21

Məhkəmə iş adamı haqda qərar verdi - Həbs qətimkan


İyunun 8-də Binəqədi rayonunda yerləşən “Safastore” mağazasının önündə “Riyad” Mühafizə Xidmətinin əməkdaşları ilə marketin işçiləri arasında qarşıdurmadan sonra saxlanılan, obyektin sahibi olduğu bildirilən Azadxan Xanməmmədov barəsində məhkəmə qərar verib.

Onun vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, iyunun 9-da Xətai rayon məhkəməsinin qərarı ilə iş adamı A.Xanməmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib: “Məhkəmənin bu qərarı baş prokurorun 31 may tarixli əmrinə ziddir. Azadxan Xanməmmədovun bu hadisəyə heç bir aidiyyatı yoxdur. Qarşı tərəfin təqdim etdiyi videolarda isə qarşıdurma olduğu görünmür. Həmin kadrlar səhər saatlarına aiddir. Onda da Azadxan müəllim obyektin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müqavilə imzaladığımız “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarını obyektlə tanış edirdi”.

Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilərək həbs edilən biznesmen A.Xanməmmədov istintaq təcridxanasına köçürülüb.

Qeyd edək ki, iyunun 8-də səhər saatlarında "Riyad" Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarıblar. Saytımıza müraciət edən mağaza əməkdaşları mMühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia ediblər. Mağazadan verilən xəbərdə bildirilirdi ki, il yarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edib.

Hadisədən sonra Daxili İşlər Nazirliyi məlumat yayaraq faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıldığını və 13 nəfər saxlanıldığını açıqlayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi