azia.az
azia.az

“Bakı-2017”: Uşu yarışları başladı

20-05-2017, 09:01

“Bakı-2017”: Uşu yarışları başladı


“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının uşu yarışlarına start verilib.
AzVision.az xəbər verir ki, bu idmanın uşu-sanda döyüş növü üzrə keçiriləcək yarışların ilk günündə 48, 52, 56, 60, 65, 70 və 75 kiloqram çəki dərəcələrində idmançılar Bakı İdman Sarayında mübarizə aparacaqlar. Altı əsas və iki ehtiyat idmançıdan ibarət olacaq Azərbaycanın yığma komandası bu idman növündə yeddi çəki dərəcəsindən 6-da təmsil olunacaq.

Yığma komandamızın heyətinin üzvlərindən altısı da bu gün mübarizəyə qoşulacaq. “Bakı-2017”də kişilər arasında yarışa dörddəbir finaldan başlayacaq milli komandamızın üzvlərindən Avropa çempionu Orxan Hətəmov (48 kq) İordaniya idmançısı Ammar Alşami ilə döyüşəcək.

Turnirə səkkizdəbir finaldan qoşulacaq III İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı, üçqat Avropa çempionu Elçin Eminov (56 kq) isə qırğızıstanlı Avazbek Amanbekov ilə Əfqanıstan təmsilçisi Mohammad Kərim Faqirinin qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Digər idmançımız – III İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Ruslan Pirəliyev (60 kq) pakistanlı Abdullah Abdullah ilə qarşılaşacaq.

Azərbaycan çempionu, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının gümüş medalçısı Bayram Şəmmədov (65 kq) dörddəbir finalda iordaniyalı Yazeed Hasanainlə gücünü sınayacaq. Beynəlxalq turnirlərin qalibləri Vüqar Kərəmov (70 kq) səkkizdəbir finalda əfqanıstanlı Ahmed Zaker Bakşi, Pərviz Abdullayev (75 kq) isə həmin mərhələdə türkmənistanlı Rehmet Ovezberdiyev ilə görüşəcək.

Yarışda komandamızın ehtiyat idmançıları 65 kiloqram çəki kateqoriyasında Rafael Tarverdiyev və 70 kiloqram çəkidə Taleh İsayev olacaq. Yığmamız “Bakı-2017”yə Azərbaycan Uşu Federasiyasının prezidenti, yığma komandanın baş məşqçisi Azər Həsənsoy və böyük məşqçisi Bahyəddin Səlimovin rəhbərliyi ilə hazırlaşıb.

İslamiadanın uşu-sanda yarışlarında 17 ölkədən idmançılar çıxış edəcəklər. İştirakçılar arasında İndoneziya, İran, Türkiyə və Qırğızıstandan olan dünya və Avropa çempionları yer alır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi