azia.az
azia.az

Nazirlik: Fransa istehsalı olan "Kurzat" preparatlarının saxtalaşdırıldığı müəyyən edilib

18-02-2016, 12:03

Nazirlik: Fransa istehsalı olan "Kurzat" preparatlarının saxtalaşdırıldığı müəyyən edilib Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən aparılan araşdırmalar zamanı Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən və Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən bitki mühafizəsi üçün pestisidlərin satış mağazalarında Fransa istehsalı olan “Kurzat” adı altında preparatların satıldığı aşkar edilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən məlumat verilib.
Bununla əlaqədar hər iki mağazada “Kurzat” preparatı adı ilə satılan mallardan nümunə götürülərək Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin Pestisdlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyini laboratoriyasında yoxlanılıb.
Laboratoriya analizinin nəticələrinə əsasən mağazadan götürülən “Kurzat” preparatında təsiredici maddənin (misxloroksid) miqdarı normadan aşağı olduğu, yəni saxtalaşdırıldığı müəyyən edilib.
Qeyd olunan hallar üzrə fitosanitar qanunvericiliyin tələblərinin pozulması ilə bağlı toplanmış ilkin materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi