azia.az
azia.az

SOCAR-ın yüksək vəzifəli şəxsinin külli miqdarda pulunu oğurladılar

12-02-2016, 11:35

SOCAR-ın yüksək vəzifəli şəxsinin külli miqdarda pulunu oğurladılar Fırıldaqçılar Kənan Yavuzun kartından pul çıxarıb
"SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru Kənan Yavuz fırıldaqçılığın qurbanı olub.

K. Yavuz ticarət mərkəzində olarkən kredit kartı ilə alış-veriş etmək istəyib, lakin problemlə üzləşib. Bu zaman K. Yavuz banka zəng vurub. Bank rəsmisi bildirib ki, kredit kartı ləğv edilib: "Siz özünüz kredit kartınızı itirdiyinizi bildirərək, kartı ləğv etdirmisiniz. Yeni kredit kartınız isə ünvanınıza göndərilib".
K. Yavuz isə bildirib ki, banka heç bir müraciət etməyib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, dələduzlar K, Yavuzun yeni kredit kartından 150 min türk lirəsi (80 min manata yaxın) oğurlayıblar.
Artıq hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsləri müəyyənləşdiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi