azia.az
azia.az

Ağdam şəhəri minalardan tam təmizlənib - RƏSMİ

7-09-2021, 17:28

Ağdam şəhəri minalardan tam təmizlənib - RƏSMİ
Ağdam şəhərinin ərazisi mina və partlamamış sursatlardan tam təmizlənib.

Azia.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Əliyev deyib.

O bildirib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazilərinin minalardan təmizlənməsi prosesi davam etdirilir: "Şəhərin ərazisi minalardan təmizlənib və abadlıq-quruculuq işləri davam etdirilir. Ərazidə elektrik enerjisi, su xətləri çəkilir, yollar tikilir. Hazırda kəndlərin ərazisində təmizlənmə prosesi davam edir".

Qeyd edək ki, iyulun 30-na olan məlumata görə, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları zamanı 3500 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 20 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi