azia.az
azia.az

“Qarabağın statusu bəlli olmadığından münaqişəni bitmiş saymaq olmaz” – ABŞ səfirindən açıqlama

23-08-2021, 11:33

“Qarabağın statusu bəlli olmadığından münaqişəni bitmiş saymaq olmaz” – ABŞ səfirindən açıqlama
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi hesab edir ki, Dağlıq Qarabağın statusu hələ müəyyən edilmədiyindən münaqişə həll olunmayıb.

"Biz Minsk qrupunun həmsədri olaraq vəziyyətin gərginliyini azaltmağa, münaqişəni aradan qaldırmağa çalışacağıq ki, qalan məsələlərin, müharibədən sonrakı durumun və qalan vəzifələrin son həlli mümkün ollsun", - deyə səfir qeyd edib.

Azia.az xəbər verir ki, Linn Treysi bunu Sünik bölgəsində jurnalistlərlə söhbət zamanı bildirib.

Təhlükəsizlik və sərhəd hadisələri ilə əlaqədar məsələlərə gəlincə, Treysi xatırladıb ki, bu mövzuda fikirlərini açıqlayıb və ABŞ Dövlət Departamenti tərəfindən də bir neçə mövqeyə dair rəy səsləndirilib.
"Yaxşı bilirsiniz ki, iyul ayında hadisələrin qeydə alındığı Geqarkunik bölgəsinin sərhəd rayonlarından birini ziyarət etdim. Şiddətə ən qısa zamanda son qoymaq üçün vəziyyətin gərginləşməməsini istədiyimizi açıq şəkildə bildirmək istəyirəm",- deyə səfir bildirib.

Linn Treysi bu problemlərin həllinin son dərəcə vacib olduğunu vurğulayıb: "Xüsusən də mülki əhali münaqişənin episentrində olduğu üçün onun təhlükəsizliyinə zəmanət verilə bilməz, bütün bunları nəzərə alaraq sözügedən problemlər ən tez zamanda həllini tapmalıdır".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi