azia.az
azia.az

KİVDF 19 qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib

6-01-2021, 14:38

KİVDF 19 qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 iyul tarixli 2957 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın müsabiqəli maliyyə yardımının göstərilməsinə dair müddəalarının yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına 2021-ci ilin I yarısı üçün maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqə yekunlaşıb.

Bu barədə "Azia.Az"a Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan məlumat verilib.

Bildirilib ki, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda müəyyən edilmiş 19 sahə üzrə keçirilmiş maliyyə yardımı müsabiqəsinə 25 qəzet redaksiyası tərəfindən sənəd təqdim edilib.

Qeyd olunub ki, müsabiqə qaydalarına əsasən müstəqil ekspertlər tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinə uyğun olaraq 19 ictimai-siyasi qəzetin maliyyələşdirilməsi ilə bağlı qərar qəbul olunub.

Fond tərəfindən 2021-ci ilin I yarısı ərzində aylıq maliyyə yardımı göstəriləcək ictimai-siyasi qəzetlərin siyahısı ilə fondun rəsmi saytında (kivdf.gov.az) tanış ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi